11:03 - 19.05.2022
19 may, Fineko/abc.az. Bildiyiniz kimi Dövlət Gömrük Komitəsi bəzi göstəricilər üzrə hesabat açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, Komitə 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 7 milyard 233 milyon 393,64 min kubmetr qaz ixrac edib.
Bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 7,7% azdır. Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 35,34%-i (2021-ci ilin yanvar-aprel aylarında 17,78%-i) qaz ixracının payına düşüb.
21 Avqust 2026