17:33 - 16.05.2022
16 may, Fineko/abc.az. Səudiyyə Ərəbistanı Krallığı 2027-ci ilin əvvəlinə qədər neft hasilatını gündəlik 13 milyon barrelə çatdırmağı düşünür.
ABC.AZ xəbər verir ki, bunu enerji naziri Əbdüləziz bin Salman Əl Səud Bəhreyndə keçirilən enerji konfransı zamanı deyib.
"Krallıq 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlinə qədər neft hasilatını tədricən sutkada 1 milyon barel artırmaq niyyətindədir", - deyə nazir bildirib.
Beləliklə, S.Ərəbistan ümumilikdə daha çox, konkret desək 13 milyon barel neft hasil etməyi planlaşdırır.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026