11:34 - 16.05.2022
16 may, Fineko/abc.az. “Reebok” şirkəti Rusiyadakı biznesini satıb.
ABC.AZ-ın məlumatına görə, şirkət biznesini Türkiyənin “Flo Retailing” şirkətinə satıb. Sövdələşmə artıq həyata keçirilib.
Qeyd edək ki, “Reebok” 2005-ci ildən “Adidas” strukturunun bir hissəsidir.
2022-ci ilin mart ayında şirkət Rusiya bazarında fəaliyyət göstərən “American Authentic Brand Group”a 2.1 milyard avroya satılıb. Ümumilikdə, Rusiyada 117 “Reebok” mağazası fəaliyyət göstərir.
Müəllif: Elmir Murad
13 Avqust 2026
12 Avqust 2026