16:24 - 5.05.2022
5 may, Fineko/abc.az. BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Azərbaycanda səfərdədir.
“BP-Azerbaijan” şirkətindən ABC.AZ-a daxil olan məlumata görə, Q.Birrelin səfər proqramında BP-nin regional rəhbərliyi ilə görüşlər və şirkətin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırki vəziyyəti və gələcək planlarla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Səfər çərçivəsində cənab Q.Birrel həmçinin bu gün Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) ofisinə baş çəkərək SOCAR-ın rəhbərliyi ilə də görüşüb.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026