Azərbayanın 3 ayda ixracı belə olub - Təfərrüat

16:21 - 29.04.2022


29 aprel, Fineko/abc.az. “İxrac icmalı”nın aprel sayına əsasən, 2022-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixracı 8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 727,2 mln. ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 225,6 mln. ABŞ dolları və ya 45% artıb.

2022-ci ilin yanvar-mart ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% artaraq 124,9 milyon ABŞ dolları təşkil edib.

Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 10 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,9%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 48,7%, pambıq iplik ixracı 29,3%, pambıq lifi ixracı isə 5,6% artıb.