11:56 - 26.04.2022
26 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin iclası keçirilib.
ABC.AZ-ın məlumatına görə, millət vəkili Vahid Əhmədov dünyadakı iqtisadi böhrandan danışıb.
O qeyd edib ki, dünyada gedən çox ciddi iqtisadi böhran Azərbaycana da mənfi təsir göstərir.
Deputat xatırladıb ki, bu günlərdə Azərbaycan Prezidenti süni qiymət artımı ilə mübarizəyə dair tapşırıq verib: “Süni qiymət artımı çox ciddi problemə çevrilib. Bunun qarşısını almaq üçün Azərbaycan hökuməti tərəfindən ciddi addımlar atılmalıdır”.