İsveçin Essity şirkəti Rusiya bazarını tərk edir

15:37 - 22.04.2022


22 aprel, Fineko/abc.az. İsveçin şəxsi qulluq məhsulları istehsal edən Essity şirkəti Rusiyada fəaliyyətini dayandırır.

ABC.AZ rusiya mətbuatına istinadən xəbər verir ki, Zewa, Libero, Libresse, TENA ticarət markalarının istehsalçısı sanksiyaların tətbiqindən sonra ölkədə biznes şəraitinin pisləşməsi ilə əlaqədar belə bir qərar qəbul edib.

Şirkətin Baş direktoru Maqnus Grot bildirib ki, Essity-nin Rusiyadakı aktivləri təxminən 147 milyon dollar dəyərsizləşib. Ötən ilin sonunda Essity-nin Rusiyadakı satışları təxminən 29,5 milyon dollar təşkil edib. Ümumi gəlirdə Rusiyanın payı təxminən 2% təşkil edib.

Grot həmçinin qeyd edib ki, Rusiyadakı  fabriklərini satmaq niyyətindədir. Şirkət bundan sonra rus işçiləri işə götürməyəcək və zavodlarından istifadə etməyəcək. Bununla belə, şirkətlər digər sahiblərə satıla bilər.