09:20 - 22.04.2022
22 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü keçirilən hərracda azalır və həftəni mənfi göstərici ilə bitirir.
Saat 09:04-də London ICE Futures birjasında keçirilən hərracda Brent neftinin iyun fyuçersləri $0.99 (0,91%) - barrel başına $107,34-ə qədər ucuzlaşıb. Aprelin 21-də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin iyun fyuçersləri $1,53 (1,43%) - barrel başına $108,33-ə qədər artıb.
Saat 09:04-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun fyuçersləri $0,99 (0,95%) - barrel başına $102,80-ə düşdü. Aprelin 21-də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyun ayı üçün fyuçerslərinin qiyməti $1,60 (1,57%) artaraq barel başına $103,79-a çatıb.
21 Avqust 2026
19 Avqust 2026