Yaponiya Rusiyadan 38 adda məhsulun idxalına qadağa qoyub

16:55 - 20.04.2022


20 aprel, Fineko/abc.az. Yaponiya hökuməti Ukraynadakı müharibədən sonra Rusiyanın iş dünyasına qarşı hərtərəfli sanksiyalarını artırır.

ABC.AZ-ın məlumatına görə, qərara əsasən, spirtli içkilər, o cümlədən araq, taxta-şalban məmulatları və elektrik maşınlarının idxalı qadağan edilib.

Bildirilib ki, idxalına qadağa qoyulan məhsullar 2021-ci ildə Yaponiyanın Rusiyadan ümumi idxalının 1,1 faizini təşkil edib. İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi (METİ) sözügedən məhsullar üçün alternativ idxal yollarına üstünlük veriləcəyini açıqlayıb.

Müəllif: Elmir Murad