May ayında maska rejimi ləğv olunur?

14:25 - 19.04.2022


19 aprel, Fineko/abc.az. Artıq bir aya yaxındır ki, Azərbaycanda maska rejiminin və quru sərhədlərinin açılması ilə bağlı müzakirələr gedir. Pandemiya ilə bağlı son günlərin statistikası da bu qadağaların ləğvi ilə bağlı münbit şərait yarandığını göstərir.

ABC.AZ-ın məlumatına görə, bu barədə hətta Milli Məclisdə deputatlar da müxtəlif bəyanatlarla çıxış edirlər.

Belə ki, yerli mətbuatda yayılan məlumata görə, may ayının 1-dən Azərbaycanda maska rejiminin ləğv edilməsi ilə bağlı qərar veriləcək.

Bununla bağlı aprel ayının sonlarında Operativ Qərargahın iclasının keçiriləcəyi də bildirilir.

Millət vəkili Rəşad Mahmudov qərarın hazırlanması ilə bağlı müəyyən dairələrdə müzakirələrin aparıldığını mətbuata açıqlayıb.