Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi kəskin azalıb - Hesabat

17:09 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Təkcə mart ayında Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi 71,268 mln. dollar təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu da fevral ayı ilə müqayisədə 25,5% azdır.

Ötən ay ərzində Azərbaycanın Ukraynaya ixracı 5% artaraq 60,166 mln. dollar təşkil edib.

Martda ixracın 98,6%-i neft və neft məhsullarının payına düşüb.

İdxal Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və müharibə fonunda, fevral ayı ilə müqayisədə 3,5 dəfə azalaraq 11,102 mln. dollara qədər enib.

Nəticədə təkcə mart ayında müsbət ticarət saldosu aylıq 2,6 dəfə artaraq 49,065 mln. dollara bərabər olub.