17:04 - 18.04.2022
18 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanın Ukrayna ilə ümumi ticarət dövriyyəsinin həcmi 402,491 mln. ABŞ dolları təşkil edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, dövriyyə ötən ilin analoji dövrü ilə müqayisədə 80,97% artıb.
Azərbaycanın Ukraynaya ixracının həcmi 317,273 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur. İxracın 96%-ini neft və neft məhsulları təşkil edib.
Hesabat dövründə idxal illik müqayisədə 14,7% azalaraq 85,219 mln. dollara enib.
Nəticədə müsbət ticarət saldosu 10,2 dəfə artaraq 232,054 mln. dollara çatıb.