10:56 - 18.04.2022
18 aprel, Fineko/abc.az. 2022-ci ilin yanvar-mart dövründə (1-ci rübdə) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 10 milyard 908 milyon 70 min ABŞ dolları təşkil edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə itinadən xəbər verir ki, sözügedən dövrdə idxal 2 milyard 927 milyon 144 min ABŞ dolları, ixrac isə 7 milyard 980 milyon 927 min ABŞ dolları təşkil edib.
Nəticədə 5 milyard 53 milyon 783 min ABŞ dolları müsbət saldo yaranıb.
Müəllif: Elmir Murad