11:55 - 5.04.2022
5 aprel, Fineko/abc.az. Qazaxıstan hakimiyyəti 2022-ci ildə neft hasilatını əvvəllər proqnozlaşdırılan 87,5 milyon tondan 85,7 milyon tona qədər azaltmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın Milli İqtisadiyyat naziri Alibek Kuantırov məlumat verib.
Nazir qeyd edib ki, Qazaxıstan 2022-ci ildə neftin qiyməti ilə bağlı proqnozunu 60 dollardan 90 dollara yüksəldib.
"Neft hasilatı bir qədər - 85,7 milyon tona qədər azalacaq, lakin qiymət daha yüksək olduğuna görə kompensasiya olunacaq. 2022-ci ilin büdcəsində milli valyutanın 1 dollar üçün 460 tenge kursu nəzərdə tutulub. 2021-ci ildə Qazaxıstanda neft hasilatının həcmi 85,9 milyon ton təşkil edib" deyə nazir qeyd edib.
Qeyd edək ki, Qazaxıstanda 2020-ci ildə neft hasilatı 85,7 milyon ton təşkil etmişdi.
Bundan əvvəl Qazaxıstanın Energetika Nazirliyi 2022-ci ildə neft hasilatının 87,5 milyon ton təşkil edəcəyini planlaşdırmışdı.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026