Neft bahalaşır, Brent barrel başına $108,73 təşkil edir

09:35 - 5.04.2022


5 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı ticarətində artmaqda davam edir.

Saat 9 : 15-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin iyun fyuçersləri $1,20 (1,12%) - barrel başına $108,73-ə yüksəldi. Aprelin 4 - də keçirilən ticarətin nəticələrinə görə, Brent-in  iyun fyuçersi $3,14  (3,01%) - barrel başına $107,53-a çatıb.

Saat 9 : 17-də Nyu - York əmtəə birjasında (NYMEX) WTI-nin may fyuçersləri $1,23 (1,19%) - barrel  başına $104,51-ə qədər yüksəldi. Aprelin 4 - də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin may  fyuçersi $4,01 (4,04%) artaraq barel  başına $103,28-ə yüksəlib.