16:31 - 1.04.2022
1 aprel, Fineko/abc.az. 2022-ci ilin 1 mart tarixinədək 5,4 mlrd. kubmetr qaz Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağından istismara veriləndən 2022-ci ilin 1 mart tarixinədək 5,4 mlrd. kubmetr qaz və 856,1 min ton kondensat hasil edilib.
SOCAR-dan ABC.AZ-a verilən məlumata görə, ötən il "Ümid" 1 114 993 min kubmetr qaz və 173 453 ton kondensat hasil edilib ki, bu da illik müqayisədə müvafiq olaraq 2,3% və 1,5% çoxdur.
Qeyd olunur ki, 2012-2021-ci illər ərzində yataqda qaz hasilatı 15 dəfəyə yaxın, kondensatın isə istehsalı 14 dəfəyə yaxın artıb.
Proqnoza əsasən, 2022-ci ildə “Ümid”də 1 309 000 min kubmetr qaz (17,4% artım) və 194 000 ton kondensatın (11,8% artım) hasil olunacağı gözlənilir.
21 Avqust 2026
19 Avqust 2026