Azərbaycanın ən çox ixrac etdiyi mallar sırasında pambıq yenə də birincidir

12:19 - 1.04.2022


1 aprel, Fineko/abc.az. Bildiyiniz kimi “İxrac icmalı”nın mart sayı nəşr olunub.

ABC.AZ-ın məlumatına görə, bu dəfə ki, sayda 2022-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına da yer verilib.

Siyahıda pambıq mahlıcı (51,1 milyon ABŞ dolları) birinci olub. Karbamid (29,3 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (28,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.