Azexport.az portalına indiyə kimi 2,8 milyard dollarlıq sifariş verilib

16:30 - 31.03.2022


31 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “İxrac İcmalı” tərəfindən 2022-ci ilin yanvar-fevral aylarında Azexport.az portalı vasitəsi ilə ixrac sifarişlərinin dəyəri və həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 28 fevral tarixinə kimi (62 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,8 (2,804.4) milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 24,3 milyon ABŞ dolları olub.