İki ayda Azexport.az portalına 83,9 milyon dollarlıq ixrac sifarişləri daxil olub

16:16 - 31.03.2022


31 mart, Fineko/abc.az. 2022-ci ilin yanvar-fevral aylarında Azexport.az portalına 83,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

ABC.AZ-ın məlumatına görə, 2022-ci ilin fevral ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 38,7 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin fevral ayında Azexport.az portalına ən çox ixrac sifarişi tütün, pambıq lifi, pambıq yağı, pambıq çiyidi, nar şirəsi, alma, şərab, toyuq əti, toyuq yumurtası, şəkər, fındıq və s. mallara daxil olub.