10:43 - 31.03.2022
31 mart, Fineko/abc.az. İsraildə Azərbaycanın turizm nümayəndəliyinin açılışı olub.
Dövlət Turizm Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, açılış mərasimində nümayəndəliyin ikitərəfli turizm əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyi qeyd edilib.
Bundan əlavə, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 29-30 martda Təl-Əvivdə baş tutan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2022) sərgisində iştirak edib.
Sərgidə “Azərbaycan Hava Yolları” QSC, Dağ Yəhudiləri Muzeyi, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və digər 9 yerli tərəfdaşla birlikdə təmsil olunan nümayəndə heyəti tərəfindən Azərbaycanın turizm imkanları, o cümlədən Qarabağın turizm potensialı nümayiş etdirilib.
8 Avqust 2026
8 Avqust 2026