Bakıda muzdla çalışanların maaşları 26 manat artıb - Statistika

17:13 - 30.03.2022


30 mart, Fineko/abc.az. Bakı şəhəri üzrə bu ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

ABC.AZ-ın məlumatına görə, hər il olduğu kimi Bakı Şəhər Statistika İdarəsi hesabat yayıb.

Hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 974,7 manat təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonuna paytaxtda orta aylıq nominal əməkhaqqı 948,9 manat olub.

Müəllif: Elmir Murad