“Taliban” Avropaya məhsul ixrac etməyə başlayıb - Yüklər Azərbaycandan keçir

10:19 - 29.03.2022


29 mart, Fineko/abc.az. Əfqanıstanda hakimiyyətdə olan “Taliban” qruplaşması Avropaya ilk dəfə mal ixrac etməyə başlayıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə “Ariana News” telekanalı xəbər yayıb.

Məlumatda qeyd olunub ki, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən “Lapis-Lazuli” marşrutu ilə 30-a yaxın yük maşınından ibarət karvan regiondan yola düşüb.

İxrac olunan məhsullar püstə, küncüt, zirə, xalça və badamdır. Sözügedən məhsullardan ibarət daşınan yüklərin ümumi dəyəri 5 milyon ABŞ dolları qiymətləndirilir.

Müəllif: Elmir Murad