"Heineken NV" Rusiyadakı şirkətini başqa səhmdara ötürəcək

12:35 - 28.03.2022


28 mart, Fineko/abc.az. "Heineken NV" Rusiyadakı biznesini Rusiyadan yeni səhmdara ötürəcək.

ABC.AZ-ın məlumatına görə, həmin vaxta qədər şirkətin yeddi pivə zavodunun hamısı iş yerlərini saxlamaq şərtilə, müştərilərinə və istehlakçılara xidmət göstərmək üçün fəaliyyətini davam etdirəcək.

Şirkət 2022-ci ilin sonuna qədər Rusiyada bütün işçilərinin əmək haqlarının saxlanmasına zəmanət verir.

Həmçinin müştərilər, tərəfdaşlar və istehlakçılar qarşısında öhdəliklərin yerinə yetirilməsi prioritet olaraq qalır.