Bu ərəb ölkəsi OPEC+ ilə əməkdaşlıq edəcək

12:05 - 28.03.2022


28 mart, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirlikləri  (BƏƏ) OPEC+ ilə işləyəcək.

ABC.AZ xəbər verir ki, bunu BƏƏ-nin energetika naziri Süheyl əl-Mezrui bildirib.

O qeyd edib ki, enerji bazarında sabitliyi təmin etmək üçün OPEC+ ilə işləyəcəklər. Əl Mezrui gündəlik hasilat gücünü 5 milyon barrelə çatdırmaq üçün əllərindən gələni etdiklərini, lakin bu, Rusiyanın da üzvü olduğu OPEC+-dan fərqli hərəkət etmək istədikləri anlamına gəlmir.

"Biz gücümüzü 5 milyon barrelə çatdırmaq üçün sərmayə yatırırıq. Lakin bu, birtərəfli qaydada edə biləcəyimiz iş deyil. Biz neft bazarını sabitləşdirmək üçün OPEC+ ilə işləyəcəyik", - deyə Əl Mezrui bildirib.