ABŞ-ın bu şirkəti Rusiyadakı ofisini bağlayır - Səbəblər

17:04 - 17.03.2022


17 mart, Fineko/abc.az. Rusiyaya sanksiyalar fonunda şirkətlər Rusiyanı tərk etməkdə davam edir. Belə ki, Amerikanın ofis avadanlığı istehsalçısı “Xerox” Rusiyaya məhsulların tədarükünü dayandırır.

ABC.AZ-ın məlumatına görə, bu barədə şirkətdən bildirilib.

Qeyd olunub ki, Rusiya və Ukraynada “Xerox” ayrı-ayrı hüquqi şəxslərlə təmsil olunur.

Şimal qonşumuzda ofisin bağlnması belə izah edilib: "Rusiya bölməsi Ukrayna bölməsi kimi böyük məbləğdə gəlir gətirmir".

Qeyd edək ki, indiyə qədər  400-ə yaxın Qərb şirkəti Rusiya bazarındakı fəaliyyətini dayandırıb və ya onu tamamilə tərk edib.

Onlar arasında “Intel”, “Dell”, “Canon”, “Samsung”, “HP”, “Epson”, “Microsoft”, “Cisco” və digərləri yer alır.