Xarici ticarət saldomuz artıb - Mikayıl Cabbarov

16:50 - 17.03.2022


17 mart, Fineko/abc.az. Ölkəmizin xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk 2 ayında da davam edib.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, ilk 2 ayda xarici ticarət dövriyyəsi 80,4% artaraq 7,94 mlrd. dollar, ixrac 2,1 dəfə artaraq 5,97 milyard dollar, idxal isə 22,3% artaraq 1,97 mlrd. dollar təşkil edib.

Xarici ticarət saldosu 3,4 dəfə artaraq 4 mlrd. dollar olub.