16:30 - 17.03.2022
17 mart, Fineko/abc.az. "Nestle" şirkəti Rusiya bazarını tərk etməkdən imtina etdiyini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, bunu ən şirkətin baş direktoru Mark Şnayder bildirib.
O qeyd edib ki, Ukraynanın baş naziri Denis Şmıqal bununla bağlı Mark Şnayder ilə danışsa da, şirkətin direktoru Rusiya bazarından çıxmayacağını vurğulayıb.
Qeyd edək ki, "Nestle" hazır qəhvə, mineral su, şokolad, dondurma, bulyonlar, süd məhsulları, uşaq qidaları, ev heyvanları üçün qidalar, əczaçılıq və kosmetika məhsulları istehsal edir.
Əsas brendlər KitKat, Maggi, Nescafe, Nesquik, Nestea-dır.
Müəllif: Elmir Murad