“Azərbaycan Dəmir Yolları” QSC-nin böyük borcu yaranıb

15:38 - 16.03.2022


16 mart, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin külli miqdarda vergi borcu var.

ABC.AZ xəbər verir ki, bu barədə Qaynarinfo məlumat yayıb. Belə ki, QSC-nin bu günə olan vergi borcu 6 931 238 AZN-dir.

“Azərbaycan Dəmir Yolları” QSC 8 avqust 1995-ci il tarixdə yaradılıb. Nizamnamə kapitalı 906 061 960 AZN-dir. ASC-nin sədri Cavid Qurbanovdur.

O, 9 fevral 2015-ci ildən bu vəzifədədir.