Bu BOKT-un direktoru vəzifəsindən azad olundu

10:53 - 16.03.2022


16 mart, Fineko/abc.az. “Fintrend” MMC bank olmayan kredit təşkilatının direktoru (BOKT) Anar Fətəliyev vəzifəsindən azad olunub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, o, “Aset Maliyyə Texnologiyaları” MMC BOKT-un direktoru vəzifəsinə təyinat alıb və yeni işində Xosrov Axundovu əvəz edib.

“Fintrend”ə rəhbərlik isə onun bundan əvvəlki direktoru Rüfət Cəfərova həvalə edilib.