Rusiyadan gedən şirkətlər 200 min işçi çalışdırırdı

10:19 - 16.03.2022


16 mart, Fineko/abc.az. Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı müxtəlif versiyalar irəli sürülür. Belə ki, sanksiyalar çərçivəsində Rusiyanı qismən və ya tamamilə tərk edən beynəlxalq şirkətlər ölkədə 200 mindən çox insanı işlə təmin edirdi.

ABC.AZ-ın məlumatına görə, bu barədə "Forbes" jurnalı yazır.

Məlumata görə, onların arasında "McDonald's" Rusiyanı tərk edən şirkətlərin ən böyük işəgötürəni olub.

Qeyd edək ki, Rusiyada sözügedən "fast food" restoranları şəbəkəsində 62 min işçi çalışırdı.

Rusiyada ikinci ən böyük işçi çalışdıran "Pepsico" olub. Burada muzdlu işçilərin sayı təxminən 19 minə yaxın imiş.

Müəllif: Elmir Murad