Yanvarda muzdla çalışanların maaşı bu qədər olub – Hesabat

11:48 - 14.03.2022


14 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 10,9% artaraq 765,9 manat olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, tikinti, nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu il fevralın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 679,1 min nəfər olub, onlardan 901 min nəfəri iqtisadiyyatın dövlət, 778,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Müəllif: Elmir Murad