Almaniyanın təşkilatlar üçün proqram təminatı istehsalçısı Rusiyadan gedir

12:20 - 3.03.2022


3 mart, Fineko/abc.az. Almaniyanın təşkilatlar üçün proqram təminatı istehsalçısı SAP Rusiyadakı fəaliyyətini dayandırır.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

“Biz sanksiyalara görə Rusiyada fəaliyyətimizi dayandırırıq və əlavə olaraq, Rusiyada bütün SAP xidmət və məhsullarının satışını dayandırırıq”, - deyə məlumatda bildirilir.