15:33 - 28.02.2022
28 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “İxrac icmalı”nın fevral sayı təqdim olunub.
ABC.AZ xəbər verir ki, “İxrac icmalı”nın növbəti sayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azəripək” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Naxçıvan MR Dövlət Energetika Xidməti”, “Azəri M-I Drilling Fluids” MMC”, “Bakı Metropoliteni” QSC, “EnerjiServisTikintiTəmirSazlama” MMC.