12:55 - 22.02.2022
22 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətlərinin artımı çərşənbə axşamı Ukraynanın şərqində geosiyasi vəziyyətin pisləşməsi səbəbindən sürətlənib.
Saat 12:43-də London ICE Futures birjasında Brent neftinin aprel fyuçersi $3,82 (4%) - barrel başına $99,21-ə qədər yüksəlib. Qiymət, 2014-cü ilin sentyabr ayından bəri ilk dəfə $99 barelə yüksəlib.
Saat 12:43-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında mart ayı üçün WTI - nin fyuçersinin dəyəri $4,93 (5,41%) - barrel başına $96-a qədər yüksəlib. Bu növ yanacaq üçün mart müqavilələrinin müddəti çərşənbə axşamı bazarın bağlanması ilə başa çatır.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026