Azərbaycanın ən çox neft satdığı ölkələr - Siyahı

10:23 - 18.02.2022


18 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 1 037 885,53 min ABŞ dolları dəyərində 1 755 328,23 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Ukrayna qərarlaşıb.

Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 196 450,92 min dollar dəyərində 336 716,2 ton neft ixrac edib. Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İsrail tutur. Yanvar ayında bu ölkəyə 152 168,1 min dollar dəyərində 266 765,25 ton neft ixrac edilib.

Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin yanvar ayı 2 031 435,6 min dollarlıq 3 505 551,96 ton neft ixrac edib.