11:27 - 16.02.2022
16 fevral, Fineko/abc.az. 2022-ci ilin yanvar ayında Azərbaycanda neft hasilatı 580,9 min b/s təşkil edib.
Azərbaycan Energetika Nazirliyinin məlumatında deyilir ki, 2021-ci ilin dekabrında bu göstərici 597,1 min b/s səviyyəsində olub.
"2022-ci ilin yanvar ayında Azərbaycanda kondensat ilə sutkalıq neft hasilatı 700,5 min barrel təşkil edib ki, bunun da 580,9 min barreli neft, 119,6 min barrel kondensat hasil edilib", - deyə məlumatda bildirilir.
Yanvar ayında OPEC+ razılaşması çərçivəsində Azərbaycanın neft hasilatı kvotası 661 min b/s təşkil etmişdi.
19 Avqust 2026
18 Avqust 2026