10:17 - 16.02.2022
16 fevral, Fineko/abc.az. İşğaldan azad olunmuş ərazilərdə hazırkı mərhələdə mövcud qaz təchizatı şəbəkəsinin inventarlaşdırılması məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin işçi qrupu tərəfindən yerində araşdırmalar davam etdirilir.
Bu barədə ABC.AZ Azərtac-a istinadla bildirir ki, hazırda Şuşa şəhərinin, Hadrut qəsəbəsinin, Xocavənd rayonunun Tuğ, Böyük Tağlar, Zoğalbulaq, Azıx, Edilli, Axullu, Ağbulaq, Şexer kəndlərinin, Füzuli rayonunun Qacar kəndində yerləşən keçmiş hərbi hissənin mövcud qaz xətlərinin inventarlaşması yekunlaşıb, qeyd olunan yaşayış məntəqələrində vizual aşkar olunmuş qaz təchizatı şəbəkəsinin elektron xəritələri və şəbəkə barədə texniki məlumatlar hazırlanıb.
Hazırlanmış elektron xəritələr və şəbəkə barədə texniki məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub.
21 Avqust 2026
19 Avqust 2026