09:35 - 16.02.2022
16 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən sessiyanın yekunları üzrə düşdükdən sonra çərşənbə günü hərracda azalmaqda davam edir.
Saat 9:16-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin aprel fyuçersi $0,12 (0,13%) - barrel başına $93,16-a qədər düşüb. Fevralın 15-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in aprel fyuçersinin qiyməti $3,20 (3,32%) - barrel başına $93,28-a düşüb.
Saat 9:17-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin mart ayına olan fyuçersi $0,03 (0,03%) - barel başına $92,04-a düşüb. Fevralın 15-də ticarət nəticələrinə görə, WTI-nin mart fyuçersi bir barelə $3,39 (3,55%) $92,07 səviyyəsinə düşüb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026