15:26 - 11.02.2022
11 fevral, Fineko/abc.az. Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun ikinci iclası keçirilib.
ABC.AZ “Azərsu” ASC-yə istinadla xəbər verir ki, Şuşada baş tutan iclasda bildirilib ki, ötən ilin sonlarında Şuşa şəhərinin içməli su təchizatının yenidən qurulması layihəsinin ilkin mərhələsi üzrə işlərə başlanılıb.
Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsi dəyişdirilib. O da diqqətə çatdırılıb ki, layihə çərçivəsində şəhər ərazisində 2 su anbarı və şəhərdaxili şəbəkənin 6 km-lik hissəsi yenidən qurulacaq.
İclasda Şuşa şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə innovativ texnologiyaların tətbiqi müzakirə edilib.
12 Avqust 2026