09:20 - 11.02.2022
11 fevral, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri cümə günü hərracda azalır.
Saat 9:04-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin aprel fyuçersi $0,39 (0,43%) - barrel başına $91,02-ə düşdü. Fevralın 10-da keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel fyuçersinin qiyməti $0,14 (0,15%) - barrel başına $91,41-ə düşüb.
Saat 9:05-da Nyu - York əmtəə birjasında (NYMEX) WTI-nin mart fyuçersi $0,21 (0,23%) - barrel başına $89,67-a düşdü. Fevralın 10-da baş tutan ticarətin nəticələrinə görə, mart fyuçersinin qiyməti $0,22 (0,26%) artaraq barrel başına $89,88-a çatıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026