16:55 - 10.02.2022
10 fevral, Fineko/abc.az. Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəfin bioqrafiyası maraq doğurub.
ABC.AZ xəbər verir ki, Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Bakı şəhərində anadan olub.
O, 2001-ci ildə İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib. 2007–2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlayıb.
Rövşən Nəcəf 2008–2009-cu illərdə SOCAR-ın (ARDNŞ) Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2009–2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olub.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026