15:36 - 10.02.2022
10 fevral, Fineko/abc.az. Səngəçal terminaləndan il ərzində gündəlik orta hesabla təxminən 61 milyon standart kubmetr (2 milyard 166 milyon standart kubfutdan çox) Şahdəniz qazı göndərilib.
ABC.AZ-ın məlumatına görə, bu, bp şirkətinin ötən il Azərbaycandakı fəaliyyəti barədə hesabatında qeyd edilib.
Hesabata əsasən, 2021-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə 119 milyon dollardan artıq, əsaslı xərclərə isə 34 milyon dollardan artıq vəsait xərclənib.
2021-ci il ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 26,4 milyon ton (təxminən 200 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 280 tankerə yüklənmiş və yola salınıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026