Neft ucuzlaşır, Brent barel başına $92,46 təşkil edir

09:35 - 8.02.2022


8 fevral, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri çərşənbə axşamı ticarətində azalır.

Saat 9:24-də, London ICE Futures birjasında aprel ayında Brent neftinin fyuçersi $0,23 (0,25%) - barel başına $92,46-a düşdü. Fevralın 7-də keçirilən hərracların nəticələrinə görə, Brent-in apreldə fyuçersinin qiyməti $0,58 (0,62%) - barel başına $92,69-a düşüb.

Saat 9:24-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin mart ayına olan fyuçers ticarətində $0,15 (0,16%) - barrel başına $91,17-a aşağı düşdü. Fevralın 7-də ticarət nəticələrinə görə, WTI-nin mart fyuçers qiyməti $0,99 (1,07%) - barrel başına $91,32-ə düşüb.