11:19 - 3.02.2022
3 fevral, Fineko/abc.az. Bildiyiniz kimi ötən aydan başlayaraq ərzaqların qiyməti bahalaşıb.
ABC.AZ olaraq bəzi marketlərdə bununla bağlı araşdırma apardıq.
Məlum oldu ki, ərzaqların qiyməti 5 ya 10 qəpik civarında artmayıb, 50-80 qəpik və daha çox bahalaşıb. Məsələn ötən il dekabra qədər 5 manata aldığımız toyuq əti 8 manat 60 qəpik(çəkiyə görə qiymətlər artır), 30 qəpiyə olan "Patron 4d" tumları 0.70 azn, 4 manat olan toyuq filesi indi 7 azn-ə satılır.
Qiymət artımı bununla da bitmir. Əvvəllər 60 qəpiyə satılan çörək indi 1 manatdır.
Göründüyü kimi qiymətlər yuxarıda qeyd edilən formada 40 qəpik və daha çox bahalaşıb.
Buna daha bir misal kimi əti də göstərmək olar. Ötən il 9 və ya 10 manata satılan mal əti indi əksər yerlərdə ya 12 ya da 13 manatdan təklif edilir.
Görünən isə odur ki, qiymətlər hələ bir müddət bahalaşmaya doğru gedəcək.
Müəllif: Elmir Murad