10:32 - 31.01.2022
31 yanvar, Fineko/abc.az. Rusiya qaz tədarükünün kəsərsə Avropa İttifaqı ABŞ, eləcə də Qətər və Azərbaycandan qaz tədarük edə bilər.
ABC.AZ-ın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell deyib. O deyib ki, hazırda bu məsələ ilə bağlı Aİ sözügedən ölkələrlə danışıqlar aparır.
"Diplomatiyanın uğursuzluğa düçar olacağı təqdirdə hazır olmalıyıq. Biz Rusiyanın tədarükünü azaltmaq və ya dayandırmaq qərarına gəldiyi halda qaz tədarükü məsələsində ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla işləmək də daxil olmaqla, bütün variantları və ssenariləri nəzərdən keçiririk", - Borrell qeyd edib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026