10:13 - 7.01.2022
7 yanvar, Fineko/abc.az. İnstaqrama gələn yeni funksiyalar açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, bundan sonra platforma öz istifadəçilərinə xronoloji sıra daxil olmaqla, ana səhifə lenti üçün üç seçim təklif edəcək.
Hazırda platforma rəsmi olaraq xronoloji yayım seçimlərini sınaqdan keçirir. Qarşıdakı dövrdə İnstaqramda üç fərqli variant olacaq.
Bunlar "Ev", "Sevimlilər" və "İzləyənlər" variantlarıdır. Belə ki, İnstaqramda ana səhifə lenti indiki təcrübəsini təqdim etməyə davam edəcək və istifadəçilərin vaxtlarını ən yaxşı şəkildə keçirmək üçün görmək istədiklərini düşündükləri məzmunu təklif edəcək.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
14 Avqust 2026