10:48 - 28.12.2021
28 dekabr, Fineko/abc.az. Vyanada İranın nüvə proqramı üzrə danışıqların səkkizinci raundu başlayandan sonra neft bazar ertəsi axşam ticarətdə kəskin bahalaşıb.
ABC.AZ xəbər verir ki, Brent markalı mart fyuçerslərinin qiyməti 3,25% artaraq 78,65 dollar/barel təşkil edərək son bir ayın maksimumuna çatıb.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Vyana görüşü ərəfəsində Tehranın barışmaz mövqeyini bir daha təsdiqləyərək, Donald Tramp administrasiyasının 2018-ci ildə tətbiq etdiyi neft embarqosunun dərhal və tam ləğvini tələb edib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026