11:45 - 10.11.2021
10 noyabr, Fineko/abc.az. Rusiya qarşıdakı iki il ərzində neft hasilatı üzrə rekordunu təkrarlamaq üçün ciddi işlərə başlayıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Rusiyanın energetika naziri Nikolay Şulqinov açıqlama verib.
O qeyd edib ki, inanırıq ki, 2023-2024-cü illərdə hasilat təqribən 560 mln. ton təşkil edəcək. "Hazırda bizim vəzifəmiz dünya bazarında resursumuzun rəqabətə davamlılığını təmin etməkdir, nəinki istehsal üzrə rəqəm göstəricisi arxasınca düşmək", - nazir qeyd edib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026