11:26 - 5.11.2021
5 noyabr, Fineko/abc.az . Azərbaycanın kiçik su elektrik stansiyalarının (SES) özəlləşdirilməsi mərhələli şəkildə həyata keçiriləcək.
ABC.AZ-ın məlumatına görə, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov bildirib. Nazir qeyd edib ki, hökumət bu sahədə islahatları beynəlxalq təcrübəni dərindən öyrənməklə aparmalıdır.
Onun sözlərinə görə, nazirıik bu istiqamətdə müvafiq işlər aparır: "Dövlət başçısının sərəncamına uyğun olaraq, addım-addım lazımi işlər həyata keçirilir. Bir neçə ay bundan əvvəl Azərbaycanda bərpa olunan enerji mənbələri, eləcə də enerji effektivliyi ilə bağlı yeni qanunlar qəbul olunub. Bu qanunların ölkədə tətbiqi üçün bir sıra alt qanunvericilik aktları işlənib-hazırlanmalı, qəbul olunmalıdır”.
19 Avqust 2026
18 Avqust 2026