15:00 - 4.11.2021
4 noyabr, Fineko/abc.az bp şirkəti 2021-ci ilin üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə 96 milyon dollardan artıq vəsait xərcləyib.
ABC.AZ-ın məlumatına görə, şirkət əsaslı xərclərə isə 22 milyon dollardan artıq vəsait sərf edib.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 495 milyon tondan çox (3,71 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4863 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Müəllif: Elmir Murad
19 Avqust 2026
18 Avqust 2026